Vilyam Adam (memar)

Vilyam Adam
William Adam
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Fayf bölgəsi, Şotlandiya
Vəfat tarixi (58 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Böyük Britaniya Birləşmiş Krallıq
Uşağı
İşləri və nailiyyətləri
Memarlıq üslubu "Adam" üslubu
Əsas tikililəri Houptaun Malikanəsi, Mavisbank, Arniston, Daff Malikanəsi, Pollok Malikanəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vilyam Adam (1689[2][3][…], Kerkoldi[d], Fayf[d]24 iyun 1748[4][5], Edinburq) — şotland memar, mason və sahibkar. Villiam Adam öz dövrünün ən qabaqcıl şotlandiyalı memarı olub, ölkənin əhəmiyyətli binalarını layihələrini hazırlayıb. Onun ən işləri Edinburq yaxınlığındakı Houptaun Malikanəsi və Banf şəhərindəki Daff Evidir. Onun özünəməxsus və coşqun üslubu Palladian üslubu əsasında qurulmuşdu.

XVIII əsrdə Adam Şotlandiyanın "Universal Memar"ı hesab edilirdi. Lakin XX əsrdən etibarən memari tənqidçilər onun işlərinin görünüşünü tənqid etməyə başladılar. Misal üçün, Villiam MakKolin onun işlərini "İfrat dərəcədə müxtəlif" adlandırmışdı.

Adam Şotlandiyada bir çox fabrikanın qurulması və təkmilləşdirilməsi üçün sxem və layihələr düzəltmiş, eləcə də kömür, duz mədənləri, su dəyirmanlarının tikilməsində rolu olmuşdur. 1731-ci ildə Kinrosşirdə isə "Bleyd Adam" adlı şəxsi əmlakını tikmişdi. O həm də üç memarın atası olmuşdur: Con, Robert və Ceyms. Son ikisi "Adam üslubu"nun inkişafında iştirak ediblər.

  1. 1 2 Kindred Britain.
  2. https://rkd.nl/explore/artists/127566.
  3. William, Sr. Adam // Union List of Artist Names (ing.).
  4. William Adam // Dictionary of Scottish Architects (ing.).
  5. Brozović D., Ladan T. William Adam // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy